FHN: Şəkidə mənzildə meyit aşkarlanıb
Bakı, 31 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.