FHN: Şəmkirdə qarlı yolda batıb qalan avtomobildəki sərnişinlərə vaxtında kömək göstərilib
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Çaykənd kəndi istiqamətində bir avtomobilin qarlı yolda batması və biri azyaşlı olmaqla 5 vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal əraziyə cəlb edilib. Qarlı yolda batıb qalmış avtomobil çıxarılıb, vətəndaşların hərəkəti davam etdirməsi təmin olunub.