FİDE-NİN QRAN-PRİ TURNİRİNDƏ İKİ HAKİMİYYƏTLİLİKDİR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Elista şəhərində FİDE-nin Qran-Pri turnirinin 9-cu turu keçirilmişdir.
Bu turda iki Azərbaycan şahmatçısı üz-üzə gəlmişlər. Ağ fiqurlarla oynayan Vüqar Həşimov 32-ci gedişdə Şəhriyar Məmmədyarovu məğlubiyyətə uğratmışdır. Teymur Rəcəbov isə qara fiqurlarla ukraynalı Pavel Elyanovu 40-cı gedişdə təslim olmağa məcbur etmişdir.
Digər qarşılaşmalar belə nəticələnmişdir: Van Yu - İ.Çeparinov 1:0, D.Yakovenko - R.Kasımcanov 1:0, E.İnarkiyev - P.Leko 0,5:0,5, Y.Alekseyev - E.Bakro 0,5:0,5, V.Akopyan - A.Qrişuk 0,5:0,5.
Doqquz turdan sonra V.Həşimov və A.Qrişuk-hərəyə 6 xal, T.Rəcəbov və D.Yakovenko - hərəyə 5,5 xal, E.Bakro, Van Yu, E.İnarkiyev - hərəyə 4,5 xal, Ş.Məmmədyarov, Y.Alekseyev, P.Leko, İ.Çeparinov -hərəyə 4 xal, R.Kasımcanov, P.Elyanov və V.Akopyan - hərəyə 3,5 xal toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]