FİDEL KASTRO 14 YAŞINDA OLARKƏN FRANKLİN RUZVELTDƏN 10 DOLLAR İSTƏYİB
1959-cu il inqilabından sonra hakimiyyətə gələn F.Kastro vaxtilə Santyaqo-de-Kuba şəhərində kollecdə oxuyarkən prezident Ruzveltə göndərdiyi məktubda yazmışdı: “Mən indiyə qədər heç vaxt 10 dollar görməmişəm və onu əldə etmək istərdim”. Sonra isə məktuba əlavə etmişdi: “Mən radioya qulaq asmağı sevirəm. Sizin yenidən prezident seçilmək barədə qərarınızı eşidərkən özümü çox xoşbəxt hiss etdim”.