FIFA-nın I kateqoriyasına yüksələn azərbaycanlı hakim: Ölkəmizi layiqincə təmsil etməyə çalışacağam
Bakı, 23 dekabr, AZƏRTAC
“Ölkəmizi FIFA-nın l kateqoriya hakimləri arasında təmsil edəcəyimə görə qürur duyuram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında FIFA-nın I kateqoriyasına yüksələn Azərbaycanın beynəlxalq dərəcəli hakimi Elçin Məsiyev deyib.
33 yaşlı referi bildirib ki, bu, onun məsuliyyətini daha da artırır: “Beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməyə çalışacağam. AFFA-ya, eləcə də Hakimlər Komitəsinə mənə hər zaman dəstək olduqları üçün təşəkkür edirəm”.
Qeyd edək ki, daha əvvəl Əliyar Ağayev bu kateqoriyaya yüksəlmişdi. Bununla Azərbaycan futbol tarixində ilk dəfə iki hakimimiz I kateqoriyada olacaq. Digər FIFA referisi Kamal Umudlu isə II kateqoriyanı daşımaqda davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]