Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fikrət Axundov: Azərbaycanla Niderland arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir

Fikrət Axundov: Azərbaycanla Niderland arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir

Paris, 5 aprel, AZƏRTAC

“Diplomatmagazine.eu” portalında Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundovun “Azərbaycan və Niderland diplomatik münasibətlərinin 30 illiyini qeyd edir” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə cari ilin Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərin mühüm mərhələsi olduğu qeyd edilib. Bildirilib ki, Niderland Krallığı Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb və 1992-ci il aprelin 1-də diplomatik əlaqələr qurulub. Azərbaycan 2007-ci ildə Haaqada, Niderland isə 2009-cu ildə Bakıda səfirliyini açıb.

Məqalədə son 30 ildə iki ölkə arasında əlaqələrin inkişafından söz açılıb. Bildirilib ki, ikitərəfli əlaqələr kənd təsərrüfatı, logistika, təhsil, turizm, mədəniyyət və müxtəlif sahələrdə inkişaf trayektoriyasına malik olub. 2015-ci ildə Azərbaycanın iqtisadiyyat nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində Niderland-Azərbaycan Biznes Forumu Niderlandda keçirilib. Bu gün Azərbaycanda müxtəlif sahələrdə 50 Hollandiya şirkəti çalışır.

Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında iqtisadi əməkdaşlığı genişləndirmək məqsədilə 2016-cı ildə Bakıda “Azərbaycan Hollandiya Biznes Mərkəzi” rəsmi olaraq fəaliyyətə başlayıb. Azərbaycanın əsas ixrac məhsulları - neft məhsulları, üzvi kimyəvi maddələr, meyvələr, o cümlədən quru meyvələr və şərabdır. Bu baxımdan yerli Hollandiya şirkətləri azərbaycanlı tərəfdaşları ilə sıx əməkdaşlıq edir və Azərbaycan şərabları və meyvələri Hollandiyada keçirilən müxtəlif sərgilərdə nümayiş olunur.

Niderlandın “La feve” şokolad şirkəti öz şokolad məhsulları üçün Azərbaycan quru meyvələrindən istifadə edir. Niderland şirkətləri Azərbaycanda hər il keçirilən müxtəlif sərgilərdə, xüsusən də Kənd Təsərrüfatı üzrə ixtisaslaşmış “Caspian Agro” sərgisində iştirak edirlər.

Azərbaycan öz iqtisadiyyatının inkişafı və şaxələndirilməsində maraqlıdır və Niderlandın bu məsələdə köməklik göstərəcək təcrübə və alətləri var. Azərbaycan kənd təsərrüfatında, o cümlədən su təsərrüfatında hollandiyalı mütəxəssislərin ekspertiza və təcrübəsindən geniş istifadə edib. Ekoloji və “yaşıl enerji” məsələləri də əməkdaşlığın əsas aspektlərindən biridir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il Sərəncamı ilə qeyri-neft sektorunun prioritetləri və yol xəritəsi müəyyən edilib. Bu sahələr ikitərəfli iqtisadi əlaqələr üçün cəlbedici olub. Niderland şirkətləri Bakıda, Cənubi Qafqazın ən böyük dəniz limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı Limanı) logistika sahəsində fəaliyyət göstərir. COVID-19 pandemiyasının ən ağır dövründə belə iki ölkə arasında xarici ticarət 104 milyon dollara çatıb. Bu da Azərbaycan ilə Niderland arasında marağın və əməkdaşlığın yüksək səviyyədə olmasını əks etdirir. Həmçinin ölkələrdəki sosial-iqtisadi və siyasi sabitlik gələcək davamlı iqtisadi artım üçün dostluq mühiti yaradır.

Səfir məqalədə qeyd edib ki, iqtisadi əlaqələr həmişə dövlətlər arasında ikitərəfli münasibətlərin əsas elementi olsa da, xalqlar arasında münasibətlər daha vacib və uzunmüddətlidir. Bu baxımdan Oesterveyk şəhərinin holland qardaş və bacıları ilə çiyin-çiyinə Niderlandın azadlığı uğrunda döyüşmüş bir qəhrəmanı var və şəhər bu gün də Azərbaycandan olan bu Milli Qəhrəmanı yad edir.

İkinci Dünya müharibəsi illərində partizan hərəkatının üzvü olmuş və sonralar Hollandiyada qalmış Məmməd Məmmədov (“Medo” ləqəbli) Oesterveyk sakinlərinin ürəyində daim yaşayır. Medonun vətəni Zaqatala şəhəri ilə Medo şəhəri arasında körpü qurulub. İki şəhər qardaşlaşmış şəhərlər çərçivəsində əməkdaşlıq edir və Oesterveyk sakinləri hər il Azərbaycanın və Hollandiyanın bu ümumi qəhrəmanının xatirəsini yad edirlər.

Səfir F.Axundov iki ölkə arasında mövcud təhsil proqramlarından söz açıb. Bildirib ki, Bakı ADA Universiteti və Maastrixt İdarəetmə Məktəbi qarşılıqlı magistr proqramı həyata keçirirlər və bu proqram vasitəsilə azərbaycanlı tələbələr Niderlandda təhsil almaq və təhsil təcrübəsi əldə etmək şansı əldə edirlər. Proqram məzunları həm ADA, həm də MSM diplomlarına yiyələnirlər. Avropanın ən böyük Azərbaycan diasporlarından birinə malik olan Niderland azərbaycanlıları yerli cəmiyyətə tam inteqrasiya edərək, hər iki ölkəni qürurla təmsil edirlər. Bakıda Rotterdam, Rotterdamda isə Bakı küçəsi var. Avropada ilk dəfə olaraq Haaqada müasir Azərbaycan tarixinin faciəli səhifələrindən birinə həsr olunmuş Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

“Azərbaycan Niderlandı həm ikitərəfli, həm də çoxtərəfli sahədə müttəfiq və etibarlı tərəfdaş hesab edir. Son otuz ildə Niderland ilə Azərbaycan arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir. Münasibətlər dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət üzərində qurulub və böyük əminliklə qeyd etmək olar ki, bu prinsiplər əsasında daha da inkişaf edəcək, Niderland və Azərbaycan xalqlarını və dövlətlərini daha da yaxınlaşdıracaq”, -deyə səfir vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib