Filarmoniya növbəti yaradıcı mövsümlə tamaşaçıların görüşünə gəlir
Bakı, 7 sentyabr, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası növbəti yaradıcı mövsümlə tamaşaçıların görüşünə gəlir.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, yay aylarında böyük tədbirlər planı hazırlamış, onları yüksək səviyyədə təqdim etmək üçün dayanmadan çalışan kollektivlər və inzibati işçi qrupu çoxsaylı festival və müsabiqələr, beynəlxalq və yerli layihələrə imza atmağa hazırdırlar.
Azərbaycan Dövlət Akademik Filarmoniyası və Kamera Orqan Musiqisi Zalında keçiriləcək tədbirlərdə müxtəlif solo konsertlər, eyni zamanda, yaradıcılıq gecələrin təşkili planlaşdırılır.
Filarmoniyanın nəzdində fəaliyyət göstərən çoxsaylı kollektivlərin hər birinin xüsusi konsert repertuarları daha da genişləndirilib, eləcə də ifaçı tərkibi yenilənib.
Yeniliyə daim açıq olan Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəhbərliyi gənc ifaçıları da unutmur. Təcrübə ilə müasirliyin tandeminə əsaslanan layihələrə dəstək olmaqda davam edərək səhnəni daim gənc, yaradıcı nəsil nümayəndələrinə həvalə etməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]