Filarmoniyada Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsertlə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsertdə Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə orkestrin və musiqiçilərin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Sergey Raxmaninov, Pyotr İliç Çaykovski və İohan Sebastyan Baxın əsərləri səsləndirilib.