Filippinin paytaxtı Manilada minə yaxın ev yanıb
Bakı, 24 noyabr, AZƏRTAC
Filippinin paytaxtı Manilada minə yaxın ev yanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb.
Bildirilib ki, yanğın evlərdən birinin ikinci mərtəbəsində başlayıb və yaxınlıqdakı digər evləri əhatə edib.
Yanğınsöndürmə idarəsinin məlumatına görə, gecəqonduların olduğu yaşayış massivində 2000-ə yaxın ailə yaşayıb.
Yanğının söndürülməsinə 36 yanğınsöndürmə maşını, iki helikopter cəlb olunub. Ölənlər və yaralılar barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [18:00]
Fransada əməkhaqqı yığımlarının vergiyə cəlb edilməsi gündəmdədir
- 07.09.2026 [16:56]
ABŞ-nin “sülh ekspresi”: Putin və Zelenski ilə görüşlərin əsas məqamları
- 07.09.2026 [16:13]
VI Dünya Köçəri Oyunlarının qalibi Qazaxıstan olub
- 07.09.2026 [15:53]
Aİ-nin Braziliyadan ətin idxalını dayandırması narazılığa səbəb olub
- 07.09.2026 [14:39]