“FilmAkt” qısametrajlı sənədli film festivalının bağlanış mərasimi olub
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də “FilmAkt” qısametrajlı sənədli film festivalının bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə qalib filmlərin müəllifləri mükafatlandırılıb. Filmlərdə gender bərabərliyi, əlillərin haqları, əqli sağlamlıq kimi vacib mövzular əks olunub.
Tədbir ABŞ-ın Azərbaycandakı səfirliyinin və "Bakı IdealLab"ın dəstəyi ilə "Y-PEER Azerbaijan" təşkilatı tərəfindən həyata keçirilib. Bu layihə gənclərə yaradıcı şəkildə film çəkmək bacarıqlarını təkmilləşdirmək, sosial şəbəkələşmə qabiliyyətini artırmaq imkanı verib.
"Y-PEER Azerbaijan" şəbəkəsinin mütəxəssisləri Bərdə, Balakən və Bakıda yaşayan 45 gəncə 2018-ci ilin sentyabr-noyabr aylarında təlimlər keçiblər. Təlim iştirakçıları qazandıqları yeni təcrübədən bəhrələnərək işə başlayıb, plan tərtib edib və 10 film çəkiblər.