FİNLANDİYA SƏRHƏD XİDMƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ BAKIDA SƏFƏRDƏDİR
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli liderimiz Prezident Heydər Əliyevin xatirəsini yad etmiş, ulu öndərimizin məzarı önünə əklil qoymuşdur. Qonaqlar Şəhidlər xiyabanını da ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin xatirəsini Əbədi məşəl abidəsinin önünə əklil qoymaqla yad etmişlər.
İyunun 21-də Finlandiya Sərhəd Xidmətinin nümayəndə heyəti ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında görüş olmuşdur.
Görüşdə tərəflər arasında dostluq əlaqələrinin möhkəmlənməsindən, sərhəd məsələlərindən danışılmış, kadrların hazırlanması, eləcə də narkotik vasitələrə və qaçaqmalçılığın digər növlərinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.
Görüş işgüzarlıq, dostluq və qarşıılıqlı anlaşma şəraitində keçmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib
- 02.10.2026 [15:32]