Finlandiyada çovğun 70 min evi elektriksiz qoyub
Bakı, 21 noyabr, AZƏRTAC
Bu gün səhər yağan güclü qar səbəbindən Finlandiyanın bir sıra bölgələrində (184 rayonda) təxminən 70 min ev elektrik enerjisiz qalıb.
AZƏRTAC Finlandiya mediasına istinadla xəbər verir ki, çovğun nəticəsində ağaclar infrastruktur obyektlərinin üstünə aşıb, elektrik xətləri sıradan çıxıb və böyük şəhərlər arasında dəmir yolu əlaqəsi kəsilib.
Elektrik enerjisinin kəsilməsi, eyni zamanda bütün Finlandiyada mobil şəbəkə stansiyalarının fəaliyyətinin dayanmasına səbəb olub. Finavia şirkəti Stokholm və Kopenhagenə bir sıra reyslərin ləğv edildiyini, Amsterdam və Londona uçuşların isə gecikdiyini bildirib.
Meteoroloqlar Finlandiyanı vuran qasırğaya “Yari” adı veriblər. Ölkənin cənub bölgələrində kəskin hava şəraitinin davam edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]