Finlandiyada məktəbdə hücum nəticəsində üç yeniyetmə yaralanıb
Stokholm, 20 may, Nərgiz Cəfərli, AZƏRTAC
Mayın 20-də səhər saatlarında Finlandiyanın Tampere yaxınlığındakı Pirkkala şəhərində yerləşən məktəbdə hücum hadisəsi baş verib. Nəticədə üç yeniyetmə xəsarət alıb.
AZƏRTAC “Iltalehti” nəşrinə istinadla xəbər verir ki, onların həyatı təhlükədə deyil.
Hücumda şübhəli bilinən şəxs həmin məktəbin şagirdidir. Hadisədən qısa müddət əvvəl o, bir neçə mediaya qızlara hücum edəcəyini bildirən və niyyətini etiraf edən “manifest” göndərib.
Sənəddə o, özünü 16 yaşlı yeniyetmə kimi təqdim edib və cinayəti yarım il ərzində planlaşdırdığını bildirib.
“Iltalehti” yazır ki, hücum bıçaqla törədilib və hadisə videoya çəkilib. Məktəbdə uşaq bağçasından 9-cu sinfə qədər təxminən 1250 şagird təhsil alır.
Polis həyəcan siqnalı daxil olduqdan dərhal sonra şübhəlini saxlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]