FİNLANDİYALI PENSİYAÇILAR ESTONİYADA YAŞAMAQ İSTƏYİRLƏR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Estoniya Avropa Birliyinə daxil olduqdan sonra bir neçə min finlandiyalı pensiyaçı bu ölkəyə daimi yaşamaq üçün köçə bilər. Finlandiya DİN-in ekspertləri hesab edirlər ki, Estoniyada dolanışıq xeyli ucuz olduğundan təxminən 200 min finlandiyalı pensiyaçı orada yaşamaq istərdi.
Hazırda Finlandiyada orta aylıq pensiya təxminən 2000 avro, minimum əmək haqqı 1000 avro, tələbələr və işsizlər üçün minimum sosial müavinət 400 avro, orta əmək haqqı isə 2,3 min avrodur.
Estoniyada isə pensiya təxminən 130-150 avro, orta əmək haqqı isə təxminən 470 avrodur.