Florensiyada sosial media asılılığı ilə mübarizə üçün ilk mərkəz yaradılıb
Bakı, 23 iyul, AZƏRTAC
İtaliyanın Florensiya şəhərində sosial media və rəqəmsal asılılıqla mübarizə məqsədilə ölkədə ilk daimi mərkəz fəaliyyətə başlayacaq.
AZƏRTAC İtaliyanın "AGİ" informasiya agentliyinə istinadla xəbər verir ki, “Rəqəmsal köləliyi dayandırın” adlı mərkəzin əsas məqsədi gənclər arasında texnologiyadan məsuliyyətli istifadəni təşviq etmək, sosial mediadan həddindən artıq istifadənin yaratdığı təcrid, ailə münaqişələri və digər problemlərin qarşısını almaqdır.
Sentyabrdan fəaliyyətə başlayacaq mərkəzdə smartfonsuz məkan, maarifləndirici proqramlar, qrup məşğələləri, yaradıcı seminarlar və valideynlər, müəllimlər üçün təlimlər təşkil olunacaq.
Mərkəz 10-25 yaşarası gəncləri qəbul edəcək və gündə 40 nəfərədək iştirakçıya xidmət göstərə biləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]