FOLKLOR NÜMUNƏLƏRİNİN MÜƏLLİF HÜQUQU TƏMİN EDİLƏCƏKDİR
Respublika Müəllif Hüquqları Agentliyi Azərbaycan xalqının folklor nümunələrinin hüquqi baxımdan qorunmasını YUNESKO-nun və Dünya İntellektual Mülkiyyət Təşkilatının (DİMT) tövsiyələrinə müvafiq surətdə həyata keçirəcəkdir.
Agentliyin sədri Kamran İmanov demişdir ki, indi xalqın bir çox mənəvi dəyərlərindən kommersiya məqsədləri ilə istifadə edilir və bu, xalq mahnılarının, şerlərinin, digər folklor nümunələrinin təhrif olunmasına gətirib çıxarır. Milli-mədəni dəyərlərimiz beynəlxalq aləmdə DİMT-nin inzibati orqanının - Azərbaycanın da fəal üzvü olduğu Bern İttifaqının köməyi ilə qorunacaqdır. O, bunu da bildirmişdir ki, həmin təşkilatlar ədəbi-bədii əsərlərin mühafizəsinə dair Konvensiya hazırlamışlar.
Kamran İmanov folklor nümunələrinin hüquqi baxımdan qorunması haqqında qanun layihəsinin, - Müəllif Hüquqları Agentliyi onun şərikli müəllifidir, - parlamentdə müzakirəsinin vacibliyindən danışaraq demişdir ki, bu mühüm sənədin hazırlanmasının zəruriliyi Azərbaycan Prezidenti Heydər Əliyevin milli-mədəni dəyərlərin qorunub saxlanmasına böyük əhəmiyyət verməsindən və Milli Məclisin deputatı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın parlament nümayəndə heyəti üzvlərinin AŞPA-da həmin məsələyə dair çıxışlarından irəli gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]