Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Foreign Policy” nəşri: ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır

“Foreign Policy” nəşri: ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır

Qahirə, 24 iyul, AZƏRTAC

ABŞ-ın dünyada geniş oxucu auditoriyasına malik nüfuzlu “Foreign Policy” nəşrində Kanada Qlobal Məsələlər İnstitutunun tədqiqatçı-alimi Robert Katlerin “Minsk qrupunun fəaliyyəti mənasızdır” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağda sülhməramlı səylərinin nəticəsiz və səmərəsiz olduğu vurğulanır. Müəllif yazır: “Belə bir aforizm var ki, generallar zəfərlə başa çatacaq müharibəyə hazırlaşır, diplomatlar isə çox vaxt möhkəm sülh və ya ən azından dayanıqlı sülh üçün təşəbbüslə çıxış edirlər. Adətən, onlar bəzi səbəblərdən, o cümlədən şəraitin dəyişməsi ucbatından uğursuzluğa düçar olurlar. ATƏT-in 1990-cı illərdə təsis etdiyi Minsk qrupu da bu aqibətlə üzləşib”.

Təxminən 30 il ərzində Minsk qrupunun səmərəsiz fəaliyyət göstərdiyini qeyd edən müəllif vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələrinin son Qələbəsi və Ermənistanın işğalına son qoyulması bütün məsələlərə nöqtə qoyub. O yazır: “İndi bu, artıq iflas və sonun çatması deməkdir. Onun (Minsk qrupunun-AZƏRTAC) fəaliyyəti dəfn edilib, indi real sülh və barışıq zamanıdır, geriyə baxmaq yox, gələcəyə istiqamətlənmək vaxtıdır”.

Məqalədə xatırladılır ki, 1992-ci ilin martında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransı (o zaman hələ ATƏT adlanmırdı) tərəfindən təşəbbüsü irəli sürülən Minsk qrupu 1995-ci ilin martında Rusiya və ABŞ-ın həmsədrliyi ilə təsis edildi, Fransa isə 1997-ci ildə bu qrupa qoşuldu və beləliklə, triumvirat yarandı.

“Adətən bir fakt unudulur ki, Minsk qrupunun həmsədrlərlə yanaşı, əlavə səkkiz üzvü var. Çox vaxt bunun səbəbi də qeyd olunmur və həmin əlavə üzvlərlə məsləhətləşmə aparılmır, onların rəyi soruşulmur. Azərbaycan və Ermənistanla yanaşı, qrupun digər üzvləri Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyədir. 1990-cı illərin sonlarında Minsk qrupu üç plan təqdim etdi və müharibə tərəfləri tərəfindən rədd edildi. 1997-ci ildə irəli sürülmüş birinci plan hərtərəfli təklif (“Paket həll”) adlanırdı və silahlı münaqişəyə son qoyulmasını, eləcə də regionun statusunun müəyyən edilməsini ehtiva edirdi. Bu, Azərbaycan və Ermənistan tərəfindən rədd edildikdən sonra Minsk qrupu 1997-ci ilin sentyabrında “mərhələli həll” adlanan və taktiki-logistik seqmentlərin vasitəsilə hərbi münaqişəyə son qoyulmasını nəzərdə tutan yeni razılaşma təqdim etdi. Bu plan o vaxt Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan tərəfindən qəbul olunmadı. Nəhayət, 1998-ci ilin noyabrında Minsk qrupu başqa hərtərəfli plan (“ümumi dövlət”) təklifini irəli sürdü. Bu təklif Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyü çərçivəsində “Dağlıq Qarabağ dövlət-ərazi vahidi”nin yaradılmasını, bu “dövlətin” suverenliyinin, öz pasportunun, pul vahidinin, milli qvardiya və polis qüvvələrinin olmasını nəzərdə tuturdu. Azərbaycan qüvvələri bu əraziyə daxil ola bilməzdi, amma Dağlıq Qarabağ Azərbaycanda seçkilərdə və parlamentdə iştirak etmək hüququ əldə etməli idi. Tarixdə “ümumi dövlət” siyasi forması çox vaxt uzunmüddətli olmur. Məsələn, nümunə kimi göstərilən Transqafqaz Demokratik Federativ Respublikası 1918-ci ildə mövcudluğunu bir aydan çox sürdürə bilmədi. Azərbaycan tərəfi də Minsk qrupunun “ümumi dövlət” təklifini səmərəsiz qiymətləndirərək rədd etdi”, - deyə müəllif yazır.

Robert Katler qeyd edir ki, 2007-ci ilin noyabrında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Madriddə keçirilən konfransında Minsk qrupu tərəfindən münaqişənin həllinə dair “Madrid prinsipləri”nin orijinal versiyası təqdim olundu. 2009-cu ildə mətni dəyişdirilən bu planda Dağlıq Qarabağın ətrafındakı 7 rayon üzərində Azərbaycanın nəzarətinin bərpa olunması, Dağlıq Qarabağın təhlükəsizliyini və özünüidarəsini nəzərdə tutan təminatları ehtiva edən “keçici statusun” verilməsini, Ermənistanla dəhlizin təminini, leqal statusun verilməsi üçün hazırlıq görülməsini, müvəqqəti köçkünlərin qayıtmasını, sülhməramlı əməliyyatlarını həyata keçirilməsini nəzərdə tuturdu. “Kazan formulu” adlanan təklif isə 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə irəli sürüldü. Bu plana görə, Ermənistan Dağlıq Qarabağın ətrafında işğal etdiyi 7 rayondan 5-ni Azərbaycana qaytarmalı, sonradan Laçın və Kəlbəcəri də boşaltmalı idi. Əvəzində, Azərbaycan Ermənistanın iqtisadi blokadasını aradan qaldırmalı, iqtisadi və humanitar əməkdaşlıq, demilitarizasiya prosesləri başlamalı, sülhməramlı qüvvələr yerləşdirilməli idi.

Məqalədə diqqətə çatdırılır ki, sovet dövründə olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti artıq mövcud deyil və Azərbaycan Ordusu bu keçmiş vilayətin böyük hissəsini, o cümlədən mühüm şəhəri Şuşanı nəzarətə götürüb. Qalan hissədə isə Rusiyanın sülhməramlı qüvvələri yerləşib. İndi Azərbaycanın tərkibində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur və hər hansı leqal status da gündəmdə deyil. Yuxarıda qeyd olunan “Madrid prinsipləri” münaqişənin sülh yolu ilə həllini nəzərdə tuturdu, amma proseslər müharibə həddinə çatdı və Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz əraziləri üzərində suveren hüquqlarını qorudu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə də Ermənistanın Azərbaycanın suveren ərazilərini işğal etməsini təsbit etmişdi. Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə “Madrid prinsipləri”ni təftiş edərək sözdə “Dağlıq Qarabağ respublikasının” Azərbaycanla danışıqlarda tərəf kimi iştirak etməsinə çağırırdı. Bu çağırış danışıqların dayanmasına gətirib çıxardığı kimi, həm də ATƏT-in vasitəçilik missiyasının səmərəliliyini zərbə altına qoydu. Artıq bu təşkilatın fəaliyyətinin anlamı qalmamışdı. Belə ki, 30 ilə yaxın davam edən diplomatik inersiya iflasla nəticələndi. Eyni zamanda, Minsk qrupunun iki həmsədri - Fransa və ABŞ regionda təsirini itirdi.

Müəllif vurğulayır ki, Fransa Prezidenti Emmanuel Makron diplomatik neytrallığa əməl etmək əvəzinə, Ermənistanı dəstəkləyən bəyanatla çıxış edib. O, Türkiyəni ittiham edərək birtərəfli mövqe tutub. Bu məsələdə Fransada yaşayan ermənilərin də təsiri var. ABŞ-a gəldikdə isə, hələ Obama administrasiyası dövründə Cənubi Qafqazdan uzaqlaşan Vaşinqton Türkiyə-Ermənistan məsələsində də yanlış siyasət yürüdüb. Erməni lobbisinin Bayden administrasiyasına təzyiqi də Azərbaycanla ABŞ arasında münasibətlərin gələcəyinin düzgün qiymətləndirilməsinə mane olur.

Münaqişənin birdəfəlik həllində yeganə çıxış yolunun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması olduğunu qeyd edən müəllif, Minsk qrupunun səmərəsiz fəaliyyəti barədə fikirlərini davam etdirərək yazır: “Bundan əlavə, 2017-ci ildə ABŞ-ı Minsk Qrupunun həmsədrlərindən biri kimi təmsil edən səfir Riçard Hoqland öz fəaliyyətindən danışaraq, necə deyərlər, “torbadan pişiyi” buraxıb. Onun səmimi sözləri sitat gətirməyə layiqdir: “Beşulduzlu otellərdə qaldıq, bizə xüsusi yemək otağı və əlavə xərc tələb etmədən otaqlar ayrılmışdı. Getdiyimiz şəhərlərdə ən yaxşı restoranları axtarırdıq. ATƏT-in bayrağı altında Bakı və İrəvan arasında danışıqlara dair Minsk qrupunun mövcudluğunu xatırlatdığımız müddətcə yaxşı yaşadıq. Ancaq açıq danışsaq, çox az iş gördük”.

Məqalənin sonunda qeyd olunur ki, əhalisi Ermənistandan üç dəfədən çox olan Azərbaycanın milli gəliri də ondan dörd dəfə artıqdır. Ermənistan hələ də Rusiyadan asılı vəziyyətdədir. Bu ölkəyə yalnız erməni diasporu və 3 milyard dollar ayıracağını bəyan edən Avropa İttifaqı yardım edir. Erməni diasporu militarist mövqedən çıxış etsə də, ermənilərin son 25 ildə yaşadığı problemlərdən uzaqdır. Ter-Petrosyanın baş müşaviri olmuş Jirair Libardian erməni diasporunun maksimalist mövqeyinin və Dağlıq Qarabağ məsələsində ermənilərə təsirinin fəlakətlə nəticələnəcəyini hələ 1990-cı illərdə xəbərdarlıq edirdi. O deyirdi ki, “bizi bu tarixi fəlakətə aparan düşüncənin davam etdirilməsi yeni müharibənin başlamasına və əlimizdə olanların da itirilməsinə səbəb olacaq”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media və Yayım Şurası açıqlama yayıb

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO