Formula E-nin ilk mərhələlərinin təqvimi açıqlanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Formula E ilk səkkiz mərhələ üçün təqvimini dərc edib.
AZƏRTAC xəbər verir ki, builki mövsüm Səudiyyə Ərəbistanında başlayacaq. Keçən ilin oktyabrında Formula E yanvar ayında Çilidə iki, həmçinin fevral ayında Səudiyyə Ərəbistanında iki yarışı əhatə edən 2021-ci il mövsümünün ilk mərhələlərinin təqvimini açıqlamışdı. Lakin Santyaqodakı çətin epidemioloji vəziyyət təşkilatçıları yarışı təxirə salmağa məcbur edib və mövsümün Əd-Diriyədə startına qərar verilib.
Səudiyyə Ərəbistanındakı yarışlardan sonra (26 və 27 fevral) çempionat Avropaya qayıdır. Belə ki, növbəti yürüşün aprelin 10-da Roma küçələrində, həmin ay daha bir mərhələnin (aprelin 24-də) Valensiyadakı Rikardo Tormo avtodromunda keçirilməsi planlaşdırılır. Mayın 8-də Monakoda şəhər yarışı baş tutacaq. Formula E mövsümünün altıncı mərhələsi mayın 22-də Mərakeşdə, daha iki yarış - iyunun 5-6-da Santyaqoda planlaşdırılır.
Adıçəkilən tarixlər Dünya Şurası tərəfindən təsdiqlənməlidir. Növbəti mərhələlərin təqvimi yazın əvvəlində yayımlanacaq. Lakin Parisdə yarışın keçirilməsindən imtina edilməsi artıq məlumdur. Sanya və Seuldakı mərhələlər isə hələ ki, təxirə salınmış hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]