Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi vaxtlarını açıqlayıb
Bakı, 11 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) kiçikhəcmli gəmilərin istifadəçilərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində cari il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi vaxtları qeyd olunub.
Cədvələ əsasən, fevralda şimal, martda Muğan, apreldə Cənub regionları, oktyabrda isə daxili su hövzələri üzrə texniki baxış keçiriləcək.
Bakı şəhəri və Abşeron rayonu üzrə texniki baxış Ələt-Bibiheybət istiqamətində hər ayın 2-ci və 3-cü həftəsinin II və III, Zığ-Pirallahı istiqamətində hər ayın 2-ci və 3-cü həftəsinin II və III, Şimal DRES-Nardaran istiqamətində hər ayın 2-ci və 3-cü həftəsinin IV və V, Görədil-Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətində isə hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri təşkil olunacaq.
FHN-in məlumatında, həmçinin qeyd olunub ki, göstərilmiş tarixlər hava şəraiti və gücləndirilmiş karantin rejimi nəzərə alınaraq dəyişdirilə bilər. Həmçinin çimərlik mövsümü ilə əlaqədar Bakı və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]