SİYASƏT
Franklin Meyers: Fransa və Niderlandın müstəmləkəçiliyindən xilas olmaq xalqlarımızın ən müstəsna hüququdur
Bakı, 6 dekabr, AZƏRTAC
İstər Fransanın, istərsə də Niderlandın müstəmləkəçiliyindən qurtularaq müstəqil olmaq xalqlarımızın ən müstəsna hüququdur. Biz də məhz bu hüququn dünya miqyasında tanınması üçün buradayıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Sen Martin parlamentinin üzvü Franklin Meyers dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə paytaxtımızda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Hesab edirik ki, analoji konfransların təşkili əsas ideyamız olan müstəqilliyə doğru irəliləmək yolunda son dərəcə mühüm addımdır. Biz bu istiqamətdə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edirik", - deyə o vurğulayıb.