Fransa Baş naziri təcridolma rejiminin yenidən tətbiqini istisna etmir
Paris, 15 yanvar, AZƏRTAC
Epidemiya vəziyyəti sərtləşərsə, təcridolma rejiminin yenidən tətbiqi istisna deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Baş naziri Jan Kasteks ölkədə koronavirus epidemiyası ilə bağlı mətbuat konfransında deyib.
Baş nazir bildirib ki, Yeni il bayramından sonra epidemik vəziyyət gözlənildiyi dərəcədə sərtləşməsə də, sanitar vəziyyət kövrək olaraq qalır. Virusun yayılması sərtləşdiyi təqdirdə yeni sərt qadağaların tətbiq olunmasının istisna olmadığını diqqətə çatdırıb. Xəstəxanalarda vəziyyətin ağır stabil olduğunu deyib.
Baş nazir virusun yeni variantlarının ölkədə fəal yayıldığını bildirərək, onun yayılmasının qarşısını almaq üçün bütün qaydaların tətbiqinin məcburi olduğunu vurğulayıb. Ölkədə milli səviyyədə komendant saatının yerli vaxtla axşam saat 18:00-dan səhər saat 06:00-dək davam edəcəyini qeyd edib.
Məktəblərdə sanitar qaydalara riayət edilməsinə xüsusi diqqət göstəriləcəyi bildirilib. Liseylərdə hibrid dərslərə - şagirdlərin 50 faizinin fiziki iştirakı, 50 faizinin isə virtual iştirakına üstünlük veriləcək.
Ölkədə koronavirus əleyhinə peyvənd kampaniyasının sürətləndirilməsinin vacibliyinə toxunularaq, 700-dən çox peyvəndetmə mərkəzinin açılacağı söylənilib.
Xatırladaq ki, Fransada koronavirusdan 69 mindən çox insan həyatını itirib. Son həftələr gündəlik yoluxma halı 20 min civarındadır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]