FRANSA POLİSİ SİLAH-SURSAT HAZIRLAYAN SEX AŞKAR ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ETA separatçı bask təşkilatının iki liderini - “Navarro” ləqəbli Feliks İqnasio Esparza Lurini və “Mobutu” ləqəbli Feliks Alberto Lopez de la Kallı Fransanın cənub-qərb bölgəsində həbs etmiş Fransa polisi aprelin 4-də İspaniya sərhədi yaxınlığında, fransız basklarının məskunlaşdığı Sən-Jan-Pye-de-Rortu qəsəbəsinin bir neçə kilometrliyindəki Sen-Mişel kəndində odlu silah və partlayıcı maddə hazırlayan sex aşkar etmişdir. Orada ETA-nın 38 yaşlı yaraqlısı Zeberto Ayerbe də həbs olunmuşdur. İstintaqdan qaçaraq Kosta Rikada gizlənmiş və orada cinayət törətdiyinə görə həbsxanada yatmış Z.Ayerbe Fransaya gəlməzdən bir müddət əvvəl Meksikada və Nikaraquada yaşamışdır.
Həmin gün polis Fransanın Ot-Pirene departamentinin Baner-de-Biqor qəsəbəsində də gizlədilmiş çoxlu silah tapmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
İmişlidə avtomobil yanıb
- [21:08]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Hərracda 28 avtomobil satılıb
- [16:58]