Fransa portalı erməni hərbçilərinin Azərbaycan ərazisini atəşə tutmasından yazıb
Paris, 1 iyul, AZƏRTAC
Fransanın “LaMinute” portalında Ermənistan hərbçilərinin Azərbaycan ərazisini atəşə tutmasından yazıb.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinadla erməni əsgərlərin ötən il müharibədən sonra imzalanmış üçtərəfli Bəyanatı pozduqları, Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərinə atəş açdıqları qeyd edilib.
Yazıda Qarabağın ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər tərəfindən işğal edildiyi, lakin ötən ilin noyabrında Azərbaycan Ordusu tərəfindən azad olunduğu oxucuların diqqətinə çatdırılıb.
Fransalı oxuculara, həmçinin keçmiş Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]