Fransa portalları Ermənistanın son hərbi təxribatından yazır
Paris, 18 iyul, AZƏRTAC
Fransanın causeur.fr, courrierinternational.com, lefigaro.fr, politiquematin.fr portallarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə ağır artilleriyadan istifadə edərək hücum etməsindən bəhs edən məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, analitik xarakterli məqalələrdə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri barədə məlumat verilir, erməni təxribatının hədəfinin məhz bu neft kəməri olduğu bildirilib.
Son erməni təxribatı nəticəsində Azərbaycanın yüksək çinli hərbçilərinin, eləcə də əsgərlərinin və mülki şəxsin həlak olduğu qeyd edilib.
Qeyd edək ki, Ermənistanın son təxribatı fransız mətbuatında gündəlik olaraq işıqlandırılır.