Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa və Ermənistanı birləşdirən genosid dəyəri: dünya niyə susur? - ŞƏRH

Fransa və Ermənistanı birləşdirən genosid dəyəri: dünya niyə susur? -  ŞƏRH

Bakı, 25 oktyabr, AZƏRTAC

Tarixə Qalib Azərbaycan möhürü vuran Zəfər savaşı və 23 saatlıq antiterror tədbirləri Cənubi Qafqazda 200 ildən artıqdır davam edən erməni separatizmini birdəfəlik məhv etdi. Hətta ən qatı erməni şovinistləri belə məğlubiyyət reallığı ilə barışdıqları halda, bu xalqdan alət kimi istifadə edən bəzi imperialist güclər hələ də xam xülyalarını gerçəkləşdirmək yolundan dönməyiblər. Ali Baş Komandanın Xankəndidə üçrəngli Bayrağımızı ucaltması isə bu şər yuvalarını xüsusilə fəallaşdırıb və bu sırada Fransanın ermənipərəst mövqeyini gücləndirməsi diqqət çəkir. Bu ölkənin müdafiə naziri Ermənistanla silah satışı ilə bağlı saziş imzalayacağını bəyan edib və bildirib ki, Ermənistana “sərhədlərinin mühafizəsini təmin etmək” imkanı yaratmaq lazımdır. Rəsmi Paris əsl niyyətini “Ermənistanı xilas etmək”lə pərdələyərək, “bu ölkənin Azərbaycanla sərhədlərini möhkəmləndirmək” adı altında vəziyyəti yenidən gərginləşdirmək, regionda sabitliyi və sülhü pozmaq yolunu tutub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirib.

O qeyd edib: “Normal siyasi düşüncə onu diktə edir ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycanla ayaqlaşa bilməyəcək. Cənubi Qafqazda sülh və sabitlik üçün Ermənistana silah və hərbi texnika əvəzinə ağıllı məsləhət verilməlidir. Çünki Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmaması bu ölkənin sonuna gətirə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. Dövlətimizin başçısının bu fikri Fransa üçün ciddi xəbərdarlıqdır”.

Fəzail İbrahimli deyib ki, əslində, Fransa və Ermənistanı siyasi maraqlardan daha çox, təcavüzkarlıq, insanlıq əleyhinə yönələn əməllərin dövlət ideologiyasına çevrilməsi birləşdirib. Qarabağdan könüllü gedən erməniləri “etnik təmizləmə” adı ilə dünyaya təqdim etməklə, “soyqırımı”, “zor” ifadələrini ortaya atmaqla Fransa yenidən aranı qarışdırmaq, müharibəni alovlandırmaq niyyətindədir. Çünki özü təcavüzkardır, sui-qəsdlər, mina terroru törətməkdə mahirdir. Fransa dünyada ən çox mina istifadə edən, bu yolla kütləvi qırğınlar törədən dövlətlərdən biridir. Fransanın XX əsrin sonlarında törətdiyi cinayət, soyqırımı faktlarına diqqət yetirək: “1994-cü ildə Şərqi Afrikada yerləşən Ruandada 800 min insan öldürülüb, ölkə əhalisinin 20 faizi məhv edilib, 100 minlərlə qadın cinsi təcavüzə məruz qalıb. Bu cinayətdən 25 il sonra Ruandada kütləvi qırğınların qurbanı olan 2 min, 2020-ci ildə isə 5 min nəfərin qalıqları tapılıb. Hələ də ölkənin bu və ya digər yerlərində soyqırımı qurbanlarının gizli basdırıldığı yerlər üzə çıxmaqdadır. Eynilə ermənilərin Qarabağda törətdikləri vəhşiliklər kimi. Xocalı soyqırımından iki il sonra dünyanın başqa yerində belə bir cinayətə imza atan Fransanın Ermənistanla eyni mövqedə olması təəccüb doğurmur. Fransa tarixinin üzqarası olan başqa bir fakta nəzər yetirək. Fransa müstəmləkəsi Əlcəzair Hitler Almaniyası tərəfindən işğal edilən Fransanın qurtuluşu üçün gənclərini müharibəyə göndərdi. Qarşılığında Fransadan yalnız müstəqillik istədi. Fransa bu təklifi qəbul etdi. Almaniya əlcəzairli əsgərlərin dəstəyi ilə məğlub edildi. Fransanın qələbəsi Əlcəzairdə bayram kimi qeyd olundu. Küçələrə tökülən xalq onlara verilən “müstəqillik” sözünün tutulacağını düşünərək təntənəli yürüşlər keçirdi. Ancaq Fransa verdiyi sözü tutmadı. Yürüşə qatılan xalqa işğalçı fransız əsgərləri tərəfindən atəş açıldı. Qətliam günlərlə sürdü. Günahsız insanlar evlərindən çıxarılaraq güllələndi. Kəndlər və qəsəbələr bombalarla yerlə-yeksan edildi. Fransız əsgərləri təxminən 45 min əlcəzairlini qətlə yetirdi. Qadın, uşaq, yaşlı, gənc demədən on minlərlə əlcəzairli fransız əsgərlərinin güllələrinə tuş gəldi. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir”.

Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Fransa və Ermənistanı eyni terror məfkurəsi, Əlcəzairlə Azərbaycanı isə oxşar tale birləşdirir. Hər iki müsəlman ölkəsinin dinc sakinləri eyni dinin və əqidənin daşıyıcısı olan Fransa və Ermənistanın soyqırımı siyasətindən bu gün də əziyyət çəkir. Təəssüf ki, hər iki halda qeyri-insani, bəşəri cinayətlərə qərəzli yanaşma da var. Gecə-gündüz Türkiyəni 1915-ci ildə “erməni soyqırımı” törətməkdə ittiham edən, Xocalı soyqırımını görməzdən gəlib Xankəndini könüllü tərk edən ermənilərə yas tutan Qərb Fransanın Əlcəzairdə və Ruandada törətdiyi qətliamları yada belə salmır. Bu barədə ara-sıra son dərəcə xəsisliklə nəsə yazılıb. Fransanın Əlcəzairdə də soyqırımı törətməsi tarixi faktdır. Qərb bu məsələ ilə də bağlı susmağa üstünlük verib. Qərbin insan hüquqları ilə bağlı yüzlərlə nəhəng təşkilatı var. Ancaq onların heç biri bu məsələdə ortaya nümunə sayıla biləcək mövqe qoymayıb. Niyə belədir? Çünki Avropa xalqları Amerika materikində, Afrikada, Asiyada, elə Avropanın özündə də dəfələrlə soyqırımı aktları törədiblər. Ancaq onlar bu barədə danışmağa meylli deyillər.

“Sülhpərvər dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar öz məramlarında səmimidirlərsə Paris və İrəvanı durdurmalı, insanlıq əleyhinə ağlasığmaz cinayətlərini təkrarlamasına imkan verməməlidirlər. Əks halda, bu, bütün tərəqqipərvər dünyanın qan və fəlakətlərlə üzləşməsinə səbəb olacaq. Fransanın məhz Cənubi Qafqazda maraqlarını təmin etmək üçün Ermənistana hərbi yardımına, müdafiə sahəsində imzaladığı müqavilələrə, separatçılara hərbi-siyasi dəstək verməsinə gəldikdə, bütün bunlar səmərəsiz gedişlərdir. Çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını işğaldan azad edib, suverenliyini qoruyub, sərhədlərini möhkəmləndirib. Otuz ildə BMT-nin, ATƏT-in və bir çox beynəlxalq təşkilatların yerinə yetirə bilmədiklərini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz öz gücünə həyata keçirdi. Əgər düşmən və havadarları düz yola gəlməsələr, daha ciddi tədbirlər görülə bilər və Azərbaycan xalqı buna hər an hazırdır. Ermənistan və başda Fransa olmaqla, havadarları buna əmin ola bilərlər”, - deyə F.İbrahimli qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan