Fransada Avropa seçkilərində ifrat sağçılar qələbə qazanıblar
Paris, 9 iyun, AZƏRTAC
Fransada Avropa Parlamentinə seçkilərdə Milli Birik partiyası 31,5, Makronun “Renaissance” partiyası 15,2, Sosialistlər partiyası isə 14 faiz səs qazanıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə sosial sorğu institutu IPSOS hesablamalar aparıb.
Marin Lö Penin sədri olduğu Milli Birlik partiyasından Cordan Bardelanın rəhbərlik etdiyi seçki siyahısı Avropa seçkilərində mütləq qələbə qazanıb. Seçkilərin nəticələri açıqlandıqdan sonra C.Bardela çıxış edərək, mütləq qələbə münasibəti ilə tərəfdarlarının alqışlayıb və Prezidenti yeni parlament seçkiləri təşkil etməyə çağırıb.
IPSOS-un keçirdiyi sorğunun nəticələrinə görə, Avropa seçkilərindən fransızların 45,26 faizi iştirak edib. Bu rəqəm 2014-cü illə müqayisədə 9 faiz azdır.
Avropa seçkiləri üçün Fransada 38 siyahı təqdim olunub, 5 faizdən az səs toplayan siyahının üzvləri Avropa Parlamentində təmsil olunmayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]