Fransada bir neçə milyard avroya qənaət etmək üçün iş yerləri ləğv olunacaq

Paris, 28 aprel, AZƏRTAC
İki-üç milyard avroya qənaət etmək üçün yüz minlərlə iş yeri ləğv olunmalıdır.
AZƏRTAC xəbər verir ki, Fransanın dövlət hesablama naziri Ameli dö Monşalən bu haqda açıqlama verib və ölkədəki dövlət sektorunda fəaliyyət göstərən qurumların üçdəbirini birləşdiriəcəyini və ya ləğv ediləcəyini bildirib.
Fransalı nazir dövlət sektorunda ixtisar olunacaq və ya ləğv ediləcək işlər, qurumlar haqqında mayın ortasında məlumat verəcək. Nazirin açıqlamasından sonra Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) dövlət qulluğu üzrə həmkarlar ittifaqı dövlət qulluğu sahəsində 180 min insanın gələcəkləri üçün narahat olduğunu vurğulayıb.
Ümumi Əmək Konfederasiyası (CGT) həmkarlar ittifaqının prezidenti də bu açıqlamadan sonra şübhəli və narahat olduğunu söyləyib və bu qərarın məsləhətləşmədən qəbul edilməsinə təəssüflənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2025 [13:08]
Tramp Suriyanın yeni Prezidenti Əhməd Əş-Şəraa ilə görüşüb
- 14.05.2025 [12:39]
Perunun hökumət başçısı istefa verib
- 14.05.2025 [12:36]
Donald Tramp: İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik
- 14.05.2025 [12:30]
Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların 17-ci paketini təsdiq ediblər
- 14.05.2025 [12:24]
Fransada həmkarlar ittifaqları ölkə daxilində milli tətil üçün çağırış edib
- 14.05.2025 [12:21]
Sorğu: Ukrayna Prezidentinə etimad reytinqi artır
- 14.05.2025 [12:14]