Fransada epidemiyanın pik dövrü aprelin ikinci ongünlüyündən proqnozlaşdırılır
Paris, 4 aprel, AZƏRTAC
Qaranlıq tunelin sonunda işıq görürük. Mövcud hesablama metoduna görə, Böyük Şərqdə COVID-19 epidemiyasının pik dövrü aprelin 10-dan 25-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın Böyük Şərq Regional Səhiyyə Agentliyinin (ARS) direktoru Kristof Lannelonq (Christophe Lannelongue) mətbuata açıqlamasında bildirib.
Xatırladaq ki, ölkənin Böyük Şərq regionu bu günə qədər koronavirus epidemiyasının episentri hesab olunur. Bu bölgədən sonra epidemiyanın geniş yayıldığı ikinci bölgə Paris və onun ətrafı hesab olunan İl-dö-Fransdır. (İle-de-France).
Keçmiş Elzas, Şampany-Arden, Lorren regionları 2015-ci ildə birləşdirilərək Böyük Şərq regionu adlandırılıb. Strasburq, Reyms, Müluz, Metz regionun böyük şəhərləridir. Regionda 5 milyon 559 mindən çox əhali yaşayır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [11:48]
Gürcüstanda 4,4 bal gücündə zəlzələ olub
- 23.06.2026 [11:15]
Fransada irqçi şüarların səsləndirilməsi ilə bağlı istintaq başlayıb
- 23.06.2026 [10:53]
Yaponiya valyutası dəyər itirir, treyderlər həyəcan təbili çalırlar
- 23.06.2026 [10:24]
Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini axmaqlıq adlandırıb
- 23.06.2026 [10:09]
Şimali Koreya lideri nüvə dövləti mövqeyindən istifadə edəcəyini açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığını gücləndirir
- 22.06.2026 [23:51]
Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib
- 22.06.2026 [23:42]
Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb
- 22.06.2026 [23:08]
Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı
- 22.06.2026 [23:01]