Fransada irqi təzyiqlərə məruz qaldığı iddia olunan gəncin ölümü ilə bağlı araşdırma başlayıb
Paris, 21 iyul, AZƏRTAC
Fransanın Vyen Prokurorluğu 21 yaşlı Joris adlı gəncin ölümü ilə bağlı araşdırmaya başlayıb. Gəncin ailəsi onun uzun illər irqi xarakterli təzyiqlərə və təhqirlərə məruz qaldığını iddia edir.
AZƏRTAC xəbər verir ki, Jorisin meyiti ötən bazar ertəsi Fransanın cənub-şərqində yerləşən, təxminən 2 min əhalisi olan Şatonne kommunasında aşkar edilib. İstintaq ölümün dəqiq səbəblərini müəyyən etməklə yanaşı, ailənin irəli sürdüyü irqi təqib iddialarını da araşdıracaq.
Hazırda hadisədə hər hansı şəxsin məsuliyyəti ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Ailənin vəkili Eliz Rey-Jakonun sözlərinə görə, Joris ölümündən əvvəl qonşu Sen-Jan-de-Burne kəndində keçirilən məclisdən sarsılmış vəziyyətdə qayıdıb. Bildirilir ki, həmin tədbirdə o, irqi təhqirlərə məruz qalıb. Vəkil əlavə edib ki, sonradan daxil olan şahid ifadələrindən birində gəncin soyundurulduğu və alçaldıldığı da qeyd olunub.
Ailə hadisə ilə bağlı məlumat toplamaq üçün şahidlərə müraciət edib.
Bu çağırış Fransanın “SOS Racisme” təşkilatı tərəfindən dəstəklənib. Təşkilat bəyanatında bildirib ki, irqi təzyiqlər qarşısında susmaq günahkarları qoruyur və bu hadisənin adi kriminal xəbər kimi qiymətləndirilməməli olduğunu vurğulayıb.
Fransanın hüquq-mühafizə orqanları isə hələlik irqi təzyiq iddialarını təsdiqləməyib. Bu versiya hazırda davam edən istintaq çərçivəsində araşdırılan əsas istiqamətlərdən biri kimi nəzərdən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]