FRANSADA MÜSƏLMAN MƏSCİDİNƏ QARŞI VANDALİZM AKTI TÖRƏDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın Ron departamentinin Meyzyö şəhərində sentyabrda açılması nəzərdə tutulmuş müsəlman məscidinə qarşı vandalizm aktı törədilmişdir.
Naməlum şəxslər gecə ikən məscidə daxil olmuş və namaz üçün nəzərdə tutulmuş otağın divarlarına alman faşistlərinin nişanını çəkmişlər. Onlar məscidə od vurmaq istəsələr də, buna nail ola bilməmişlər. Hadisə yerinə gəlmiş polislər onların niyyətlərini həyata keçirmələrinə imkan verməmişlər. Cinayətkarlar aradan çıxa bilmişlər. Polis onların şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə axtarışa başlamışdır.
Sosialist Partiyasının nümayəndəsi bu aktları pisləmiş, son vaxtlar neofaşistlərin baş qaldırdığını və bir çox hadisələrdə onların əli olduğunu bildirmiş, hökuməti irqçiliyə qarşı mübarizə tədbirlərini gücləndirməyə çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:25]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]