Fransada pandemiyadan ölənlərin sayı 70 min 686-ya çatıb
Paris, 19 yanvar, AZƏRTAC
Fransada son sutkada COVID-19-dan 404 ölüm faktı qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib.
Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 70 min 686-ya çatıb. Xəstəxanalarda 25 584 koronavirus xəstəsi müalicə alır. Onlardan 2803-ü ağır vəziyyətdə reanimasiya şöbələrində intensiv müalicə olunur. Reanimasiya şöbələrinə son 24 saatda 254 yeni ağır xəstə qəbul olunub. Son günlər xəstəxanalarda koronavirus xəstələrinin sayı artmaqda davam edir.
Ölkədə dekabrın sonundan bu günədək 479 873 peyvənd edilib. Bəzi departamentlərdə vəziyyətin ağır olduğu bildirilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]