Fransada solçular hökumət başçısı ilə bağlı konsensus tapa bilməyiblər
Paris, 10 iyul, AZƏRTAC
Fransada növbədənkənar parlament seçkilərindən sonra Baş nazir vəzifəsi uğrunda solçuların iki əsas komponenti olan “Əyilməz Fransa” (LFİ) və Sosialistlər (PS) partiyaları arasında gərgin mübarizə gedir.
AZƏRTAC xəbər verir ki, ötən gecə solçu partiyaların (LFI, PS, Ekoloqlar, PCF) nümayəndələri arasında görüş keçirilib. Görüşün məqsədi gələcək hökumət başçısının müəyyən edilməsi olsa da, solçular öz aralarında konsensusa gələ bilməyiblər.
Parlament seçkilərində üstünlük qazansalar da, solçular Milli Assambleyada mütləq əksəriyyətə (289 yer) çata bilməyiblər. Onlar gələcək hökumətin Yeni Xalq Cəbhəsindən formalaşmasını tələb edirlər. Solçu liderlər həftənin sonuna və ya gələn həftənin əvvəlinədək yeni Baş nazirin adını Emmanuel Makrona təqdim edəcəklərini vəd ediblər.
Solçu koalisiya hökumətin, xüsusilə də Makronun ikinci beşillik müddətində pensiya islahatı da daxil olmaqla, bir sıra mühüm tədbirlərinə yenidən baxmasını arzulayır. Koalisiya immiqrasiya qanununu və yeni işsizlik sığortası islahatını ləğv etmək, həmçinin minimum əməkhaqqını artırmaq niyyətindədir.
“Moody's” reytinq agentliyi xəbərdarlıq edib ki, pensiya islahatlarından imtina və büdcəyə qənaət tədbirlərinin olmaması Fransanın reytinqinə təsir göstərə bilər. Aydın səs çoxluğu olmadan qanunların qəbulu şübhəsiz ki, çətin olacaq.
Emmanuel Makron müzakirələrin mürəkkəbliyini nəzərə alaraq, hökumət başçısı Qabriel Attaldan ölkənin sabitliyinin təmin olunması üçün istefa verməməyi xahiş etdi, çünki Paris bir neçə həftə sonra Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşır.
Bununla belə, nisbi siyasi sabitliyə öyrəşmiş ölkənin Milli Assambleya qarşısında manevr imkanları məhduddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]