Fransada son sutkada koronavirusa 40 mindən çox yeni yoluxma qeydə alınıb
Paris, 27 mart, AZƏRTAC
Fransada son sutkada koronavirusa 41 min 869 yeni yoluxma və 304 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, ölkədə koronavirus qurbanlarının sayı 94 min 302-ə çatıb. Xəstəxanalarda 27 min 242 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində 4903 ağır vəziyyətdə olan xəstə intensiv müalicə olunur. Son 24 saatda reanimasiya şöbələrinə 476 ağır vəziyyətdə yeni xəstə daxil olub. Reanimasiya şöbələrində koronavirus xəstələrinin sayının artmaqda davam etməsi böyük narahatçılığa səbəb olub. Hazırda ölkənin 19 departamentində karantin rejimi tətbiq olunur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]