Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fransada yaşayan Azərbaycan icması bəyanat qəbul edib

Fransada yaşayan Azərbaycan icması bəyanat qəbul edib

Bak, 15 mart, AZƏRTAC

Xəbər verdiyimiz kimi, martın 14-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək mitinqi keçirilib. Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun üzvü, deputat Cavanşir Feyziyev AZƏRTAC-a bildirib ki, mitinq iştirakçıları Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri ilə bağlı bu ölkədə yaşayan Azərbaycan icması adından bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir : “Biz, Fransada yaşayan Azərbaycan icması 2017-ci il martın 13-14-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfərini dəstəkləyirik.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında ikitərəfli əlaqələr çox yüksək səviyyəyə çatıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, hökumətlər və parlamentlər arasında sıx münasibətlərin qurulması, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı ölkələrimizin əməkdaşlıq coğrafiyasını genişləndirir ki, bu da qarşılıqlı əlaqələrin getdikcə möhkəmləndiyinin göstəricisidir.

Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu il Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmasının 25 illik yubileyi hər iki ölkədə qeyd olunur.

Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər öz həllini tapmadığını qeyd etmək olduqca vacibdir. Bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizini təşkil edən Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı, bu ərazilərdən azərbaycanlı əhalinin doğma torpaqlarından silah gücünə didərgin salınması ilə nəticələnib. Bu gün əhalisinin 1 milyondan çoxu qaçqın və məcburi köçkün olan Azərbaycan uzun illərdir ki, müharibə şəraitində yaşayır.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın etnik təmizləmə siyasətinin kulminasiya nöqtəsi bir neçə gün əvvəl 25 illik anım tarixini qeyd etdiyimiz, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı olub. Xocalı soyqırımına şəxsən rəhbərlik etmiş, Ermənistanın bugünkü prezidenti Serj Sarkisyan bu soyqırımını beynəlxalq mətbuata verdiyi müsahibələrdə dəfələrlə etiraf edib.

BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı və BMT Baş Məclisinin 62/243 (2008) saylı qətnamələri münaqişənin həlli üçün hüquqi əsaslar yaradıb. Bu qətnamələrdə Azərbaycana qarşı güc işlədilməsi və onun ərazilərinin işğal olunması qətiyyətlə pislənib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bir daha təsdiqlənib, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinin yolverilməz olduğu qeyd edilib. Bu qətnamələr işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. BMT-nin, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin 2005-ci və 2016-cı illərdə qəbul etdiyi qətnamələrinə, eləcə də ATƏT-in Minsk qrupunun və bütövlükdə dünya ictimaiyyətinin səylərinə baxmayaraq, münaqişə bu gün də həll olunmamış qalmaqdadır. 1994-cü ildə əldə edilmiş atəşkəs haqqında razılaşmadan sonra da Ermənistan qoşunların təmas xəttinin yaxınlığında yerləşən mülki əhaliyə hücumlarını dayandırmır və beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən sülh təkliflərinin heç birini qəbul etmir. Bu gün məcburi köçkün həyatı yaşayan hər bir azərbaycanlının yeganə arzusu öz doğma torpaqlarına qayıtmaqdır və bu işğal sonsuz davam edə bilməz.

Fransada yaşayan azərbaycanlılar icması adından Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunması üçün bu işğalın pislənməsini və bu istiqamətdə əməli tədbirlər görülməsini ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransadan və beynəlxalq birlikdən tələb edirik.

Bütün həqiqətlərin əksinə olaraq, özünün başladığı təcavüzdə hər vəchlə özünü münaqişənin qurbanı kimi qələmə verməyə çalışan Ermənistanı Dağlıq Qarabağın işğalını sonsuz davam etdirməyin mümkün olmayacağını anlamağa çağırırıq.

Azərbaycan Prezidenti İlham Əliyevin hazırda Fransada olduğunu nəzərə alaraq, biz dövlətimizin başçısının Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində apardığı siyasətə dəstəyimizi bildirir və bu siyasətin münaqişənin tezliklə və birdəfəlik həllinə gətirib çıxaracağına ümid edirik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb