Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransanın “dirijorluğu”, qərəzli qətnamələr: Azərbaycanı heç bir qüvvə mövqeyindən döndərə bilməz

Fransanın “dirijorluğu”, qərəzli qətnamələr: Azərbaycanı heç bir qüvvə mövqeyindən döndərə bilməz

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qazandığı tarixi Qələbədən və bir ay əvvəl Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün tam təmin olunması, Xankəndidə, Xocalıda, Əsgəranda Azərbaycan Bayrağının dalğalanması ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəldib. Bu qələbələrdən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli artıb. Bütün bunlar Ermənistanı, ermənipərəst dövlətləri və şər-böhtanı özünə peşə seçən bəzi qərəzli beynəlxalq təşkilatları təşvişə salıb. Son vaxtlar Azərbaycana qarşı artan təzyiq və təhdidlərə də əsas səbəb budur. Fransanın Ermənistanla hərbi əməkdaşlığa dair müqavilə imzalaması, bir-birinin ardınca ölkəmizin əleyhinə iftira və yalanla dolu qətnamələrin qəbul edilməsi, separatçı rejim tərəfindən Qarabağdan zorla köçürülən ermənilərə humanitar yardım göstərilməsinin əsas məqsədi ölkəmizə təzyiq vasitəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov deyib.

O, bütün bunların arxasında Fransanın dayandığını bildirib. Avropa Parlamentinin, AŞPA-nın, buna qədər Fransa Senatının və Milli Assambleyasının, habelə bəzi digər ölkələrin parlamentlərinin Azərbaycana qarşı qərəzli qətnamələri məhz Fransa və onun prezidenti Emmanuel Makronun “dirijorluğu” ilə qəbul edilir. Çünki belə qərəzli qətnamələrin ilki Fransa Senatı və Milli Assambleyası tərəfindən qəbul edilib: “Xatırladım ki, Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası tərəfindən noyabrın 30-da Azərbaycana qarşı daha bir siyasi aksiya təşkil olundu. Milli Assambleya da beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəfə alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etdi. Bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsinin və siyasi riyakarlığının bariz nümunəsidir”.

Siyasi şərhçi deyib ki, son zamanlar Fransa Cənubi Qafqazda aqressiv siyasətinin açıq formasına keçib. Görünür, bu ölkə Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı davam etdirmək niyyətindədir. Elə deyilsə, Ermənistana silah satmaqda, birgə hərbi təlimlər keçirməkdə və hərbi əməkdaşlıq barədə müqavilə bağlamaqda məqsədi nədir? Təbii ki, Fransa və Ermənistan arasında hərbi sahədə əməkdaşlıq, bununla bağlı imzalanan sonuncu müqavilə regionda yaranmaqda olan sülh prosesinin pozulmasına və Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirəcək. Ümumiyyətlə, Fransa uzun əsrlərdir ki, yoxsul Afrika ölkələrini soyub talayır, qitədə neokolonializm siyasətini davam etdirir, həmin ölkələrin rəsmi və tədris dilinin fransızca olması, məcburi təhsilin tətbiqi üçün bütün zorakı vasitələrdən istifadə edir. Fransa yeni müstəmləkəçilik siyasətinin adını dəyişməklə bir sıra əraziləri öz nəzarətində saxlamağa çalışır.

Ə.Bədəlov deyib ki, Fransanın “dirijorluğu” ilə qəbul edilmiş qərəzli qətnamələr, ümumiyyətlə, heç bir qüvvə Azərbaycanı mövqeyindən döndərə bilməyəcək. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkəmizin dünya birliyindəki reytinqini getdikcə artırır, mövqeyini, iqtisadi və hərbi qüdrətini möhkəmləndirir: “Dünya ictimaiyyətinə də bəllidir ki, Azərbaycan dövlətinin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri məhz regional sülh, təhlükəsizlik və sabitlik qarşısında dayanan ən böyük maneəni - separatizmi, qeyri-qanuni erməni silahlı birləşmələrinin təxribatlarını, mina terrorunu və ölkəmizin ərazi bütövlüyünü pozmaq cəhdlərini aradan qaldırdı. Ölkəmiz əleyhinə qəbul edilmiş qərəzli qətnamələrin əksinə olaraq, bu gün Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində tədbirlər uğurla davam etdirilir. Bunu bölgəyə səfər etmiş BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları da təsdiqləyir”.

Siyasi şərhçi son vaxtlar Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində əlverişli imkanlar yarandığını diqqətə çatdıraraq deyib ki, hətta baş nazir Nikol Paşinyanın ziddiyyətli mövqeyinin olmasına baxmayaraq, o da ilin sonunadək sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü vurğulayıb. Ancaq Fransa müxtəlif vasitələrlə, xüsusilə Qarabağda etnik təmizləməni bəhanə gətirərək, sülh prosesini pozur və buna əngəl yaradır. Əslində, Fransa Qarabağda antiterror tədbirlərinin BMT-də müzakirəsinə nail olmaq istəyir.

“Bəzi Avropa ölkələrinin, xüsusilə Avropa Parlamentindəki destruktiv qüvvələrin təsiri və təzyiqi Azərbaycana qarşı bu cür qeyri-obyektiv addımların atılmasına və əsassız iddialar üzərində tərtib olunmuş qətnamələrin qəbul edilməsinə rəvac verir. Təəssüf ki, bu qətnamələrdə əsl reallıq - Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, ölkəmizə qarşı hərbi işğal və soydaşlarımızın etnik təmizləməyə məruz qalması öz əksini tapmayıb. Ona görə də belə yalan və iftiralarla “zəngin”, regionda baş verən hadisələri obyektiv əks etdirməyən, beynəlxalq hüquq normalarına zidd olan qətnamələr ictimaiyyətdə ikrah hissi yaradır”, -deyə Ə.Bədəlov bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar