Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransanın Minsk Qrupunda həmsədrliyi qəbuledilməzdir

Fransanın Minsk Qrupunda həmsədrliyi qəbuledilməzdir

Bakı, 28 aprel, AZƏRTAC

Fransa Senatının geniş tərkibli nümayəndə heyəti ilə Ermənistana 3 günlük səfəri başa çatdı. Senat sədri Jerar Larşenin Ermənistanda uydurma “soyqırımı” tədbirləri ilə üst-üstə düşən səfəri çoxsaylı görüşlərlə və Senat sədrinin çoxsaylı suallar doğuran açıqlamaları ilə yadda qaldı.

Qırx dörd günlük müharibə nəticəsində Ermənistanın işğal etdiyi torpaqlarımızdan çıxmaqla təslim olmasından sonra Fransa establişmentində 2-ci şəxsin Ermənistanda olarkən ziddiyyətli və qərəzli açıqlamaları Cənubi Qafqaz regionunda Fransa siyasətinin prioritetlərini üzə çıxarır. Belə təsəvvür yaranır ki, Ermənistanın son 30 ildə irəli sürdüyü bütün absurd ideyaların, qeyri-qanuni ərazi iddialarının və işğalçılıq siyasətinin, Azərbaycana qarşı apardığı qarayaxma kampaniyalarının ilham mənbəyi məhz Fransa Respublikası və onun Cənubi Qafqaz siyasəti olub. Ölkəmizə qarşı uydurma ittihamlarla Senat sədrinə şikayətlənən Ermənistan prezidenti, baş naziri, xarici işlər naziri, katolikosu və nəhayət bir-birini didib parçalayan erməni cəmiyyəti Jerar Larşenin bölgədə gərginliyi artırmaq istiqamətindəki bütün mesajlarını məmnuniyyətlə qəbul ediblər. Minsk Qrupunun həmsədri rolunda çıxış edən dövlətin Senat sədri öz açıqlamalarında Ermənistanın işğalçılıq siyasətini, etnik təmizləmə və soyqırımı cinayətlərini, 44 günlük hərbi əməliyyatlar zamanı həyata keçirdiyi müharibə cinayətlərini dəstəklədiyini və gələcəkdə də hər zaman Ermənistanın yanında olacaqlarını bildirib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Deputat qeyd edib ki, elə həmin günlərdə Fransa prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinə zəng vuraraq guya bölgədə sülh yaratmaq məqsədilə səylərini birləşdirmək təklifi Fransa siyasətinin təzadlı mahiyyətini göstərir.

C.Feyziyev qeyd edib ki, 10 noyabr tarixli Birgə Bəyanatla münaqişəyə son qoyulması və Fransanın münaqişənin həllindən kənarda qalması rəsmi Parisi Cənubi Qafqaz siyasətinin autsayderinə çevirib. Beynəlxalq siyasətdə öz boyunu ABŞ, Avropa İttifaqı və Rusiya ilə ölçməyə çalışan Fransa və Prezident Makron bu vəziyyətlə barışmaq arzusunda deyil. Hərbi əməliyyatlar zamanı Makronun Azərbaycana qarşı səsləndirdiyi qərəzli və qeyri-peşəkar bəyanatları isə onun bölgə ilə hərtərəfli birbaşa təmaslarını qeyri-mümkün edib. Ona görə də hər hansı bir şəkildə Minsk Qrupunun fəaliyyətini canlandırmaq və öz dövlətini yenidən siyasi proseslərin mərkəzinə gətirmək üçün prezident Makron Putinə üz tutub. Makronun öz dövlətini “sülh göyərçini” qismində təqdim etməyə səy göstərdiyi günlərdə Senat sədrinin Ermənistanda bölgədə yaranmış yeni reallıqları qəbul etmədiyini nümayiş etdirməsi Fransanın Cənubi Qafqaz siyasətinin çox pis pərdələnmiş ikiüzlü mahiyyətini ifşa edir.

Belə bir durum Fransa siyasətçilərinin də diqqətindən yayınmayıb. Fransa Senatının üzvü Natali Qule Fransanın Avropa və xarici işlər nazirinə “Minsk Qrupu tərkibində Fransanın neytrallığının pozulması haqqında” sualla müraciət edib və senatorun sualı Xarici İşlər Nazirliyində 22571 nömrəli sorğu kimi qeydiyyata alınıb. Senator Natali Qulenin sorğusunda yazılır:

“Uzun illərdir ki, Ermənistanla Azərbaycan arasında münaqişə mövcuddur. Münaqişənin həll olunması məqsədilə ATƏT Fransa, ABŞ və Rusiyanın həmsədrliyi ilə məlum Minsk Qrupunu yaradıb. Lakin son aylarda Minsk Qrupunun həmsədri kimi elementar neytrallıq prinsiplərini pozmaqla Fransa qətiyyətlə və ardıcıl olaraq Ermənistanı dəstəklədiyini nümayiş etdirir. Əvvəllər heç zaman prezidentin və ya hökumətin bölgəyə səfəri tək Ermənistanla məhdudlaşmayıb və Fransa hökuməti münasibətlərdə balansı qorumaq məqsədilə hər dəfə Ermənistana səfər edəndə bir neçə saatlıq da olsa Azərbaycanda da səfərdə olub. Əvvəllər heç zaman yüksək səviyyəli parlament diplomatiyası fransız diplomatiyasının rəsmi mövqeyinə zidd mövqe sərgiləməyib...”, deyə deputat vurğulayıb.

O qeyd edib ki, göründüyü kimi, Fransanın Prezidenti ilə Senat sədrinin bölgəmizlə bağlı açıqlamalarının bir-birinə zidd olması Fransa senatorunun diqqətindən yayınmayıb. Sorğunun sonunda senator Qule hökumətdən belə bir suala cavab verilməsini tələb edir: “Minsk Qrupunun həmsədri mövqeyindən çıxış edərək Fransa hökumətinin Azərbaycana və Ermənistana münasibətlərdə balansı və özünün neytrallığını bərpa etmək niyyəti varmı və əgər belə bir niyyət yoxdursa, öz tərəfkeşliyini nəzərə alaraq Fransa Minsk Qrupunun həmsədrlik kreslosunu tərk etməyə hazırdırmı?”.

“Xatırlatmaq istərdim ki, Natali Qule 2020-ci il noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” təklifi ilə bağlı Qətnamənin əleyhinə səs verən yeganə senator olmuşdu.

Münaqişənin davam etdiyi bütün illərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş onlarla fransız siyasətçilərindən və ictimai xadimlərindən birinin haqlı və birbaşa açıq sualına Fransa hökumətinin də cavabı açıq və birmənalı olmalıdır. Amma Fransa Xarici işlər nazirinin bir tərəfdən, Ermənistanı dəstəkləməkdə davam edəcəklərini və digər tərəfdən, Minsk Qrupunun həmsədri kimi “balanslı və neytral” mövqe tutmaq iddiasını necə uzlaşdıra biləcəyi olduqca maraqlıdır. Ona görə xarici işlər naziri Jan-İv Lö Drianın senatora cavabını izləyəcəyik. Amma istənilən halda, Fransa dövlətinin Cənubi Qafqaz siyasətində dərin ziddiyyətlərin mövcudluğu, rəsmi Parisin bu bölgədə sülhün və sabitliyin qorunmasında maraqlı olmaması isbata ehtiyacı olmayan reallıqdır. Bu reallığın mənzərəsində Minsk qrupunun həmsədrliyində Fransanın iştirakı bölgədə gərginliyin artmasına xidmət edir və qəbuledilməzdir”, - deyə C.Feyziyev bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib