Fransanın PSJ klubunun yeni baş məşqçisi müəyyənləşib
Bakı, 15 may, AZƏRTAC
Tomas Tuxel Fransanın PSJ futbol klubunun baş məşqçisi təyin olunub.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Tomas Tuxellə ikiillik müqavilə imzalanıb. O, 2017/2018-ci il mövsümü başa çatdıqdan sonra Paris klubunda fəaliyyətə başlayacaq.
PSJ-nin hazırkı baş məşqçisi Unai Emeri mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.
Xatırladaq ki, Tuxel bundan əvvəl Almaniyanın “Maynts” və “Borussiya Dortmund” komandalarını çalışdırıb.
“Sevinc, qürur və həvəslə PSJ kimi böyük bir kluba qoşuluram. Bundan sonra mən böyük oyunçularla işləyəcəyəm və onların hər biri dünyanın ən yaxşısıdır” - deyə Tomas bildirib.
Tuxelin son klubu “Borussiya Dortmunt” olub. O, iki mövsüm çalışdırdığı klubla Almaniya kubokunu qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]