Fumio Kişida yapon militarizminin rəmzi sayılan Yasukuni məbədinə ianə göndərib
Pekin, 22 aprel, AZƏRTAC
Yaponiyanın Baş naziri Fumio Kişida yapon militarizminin rəmzi hesab edilən Yasukuni məbədinə ianə göndərib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, masakaki adlanan ianə məbədə yaz festivalının başlaması ilə əlaqədar göndərilib. Baş nazirin məbədi ziyarət edəcəyi gözlənilmir. Amma iqtisadi bərpa naziri Yoşitaka Şindo məbədi ziyarət edib.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Yaponiyanın hökumət başçısının ianə göndərməsini və nazirin məbədi ziyarətini qınayıb.
Qeyd edək ki, Yasukuni məbədində XIX əsrin ortalarından başlayaraq Yaponiya uğrunda döyüşlərdə həlak olan əsgərlərin siyahısı saxlanılır. Burada, həmçinin İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra edam edilən hərbi cinayətkarların da adları yer alır. Məhz buna görə də Yaponiya rəsmilərinin həmin məbədi ziyarət etməsi ölkənin işğalçı siyasətinə bəraət qazandırılması kimi qiymətləndirilərək Çin, Cənubi Koreya və digər Asiya ölkələri tərəfindən kəskin tənqid edilir.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]