Futbol çempionatının ilk turunun açılış oyunu “Keşlə”nin qələbəsi ilə bitib
Sumqayıt, 21 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında 2020/2021-ci il mövsümünə start verilib. Bununla da çempionatdakı COVID-19 pandemiyasına görə mart ayından başlayan 165 günlük fasilə bitib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə keçirilməsi planlaşdırılan 2 matçdan 1-i başa çatıb.
Çempionatda ilk turun açılış görüşündə ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sumqayıt” komandası “Keşlə”ni qəbul edib. “Kapital Bank Arenada” hakim Elçin Məsiyevin idarə etdiyi matç 1:0 hesabı ilə “Keşlə”nin xeyrinə yekunlaşıb.