Futbol üzrə Azərbaycan Premyer Liqasının onuncu turunun təqvimi açıqlanıb
Bakı, 13 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının onuncu turunun təqvimi açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura noyabrın 21-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah”-“Səbail” oyunu ilə start veriləcək. Oyun saat 14:00-da başlayacaq.
Həmin gün “Azərsun Arena”da keçiriləcək “Qarabağ” - “Sumqayıt” oyunu isə saat 16:00-da start götürəcək.
Turun növbəti iki görüşü noyabrın 22-də baş tutacaq. Günün ilk matçı Qəbələ şəhər stadionunda “Qəbələ” və “Neftçi” arasında oynanılacaq. Oyun saat 14:00-da başlayacaq.
Günün və turun sonuncu oyunu Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq. Turnir cədvəlin liderlərindən biri “Zirə” öz meydanında “Keşlə” komandasını qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Doqquz turdan sonra turnir cədvəlinə 15 xalı olan “Sumqayıt”, “Qarabağ” və “Zirə” klubları başçılıq edirlər. On dörd xalı olan “Neftçi” dördüncü, “Keşlə” isə 12 xalla beşinci yerdə qərarlaşıb. Digər pillədə müvafiq olaraq “Səbail” (9), “Qəbələ” (8) və “Sabah” (6) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]