FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATINDA TAMAŞAÇILARLA BAĞLI FAKTLAR
Ən çox tamaşaçı (3 milyon 587 min 538 nəfər) XV Dünya çempionatının 1994-cü ildə ABŞ-da keçirilmiş final mərhələsində olmuşdur. 24 yığmanın iştirakı ilə keçirilmiş bu çempionatın hər görüşünə orta hesabla 68 min 991 tamaşaçı baxmışdır. Bu, futbol ölkəsi olmayan ABŞ üçün böyük rəqəmdir. Tamaşaçıların orta sayına görə ikinci mövqeyi 1966-cı ildə İngiltərədə (51 min 94 nəfər), üçüncü yeri isə 1970-ci ildə Meksikada (50 min 124 nəfər) keçirilmiş çempionatlar tutur. Qeyd edək ki, hər iki çempionatın final mərhələsində 16 komanda iştirak etmişdir. Ümumiyyətlə, keçən əsrin 70-ci illərindən bəri keçirilmiş final mərhələlərində tamaşaçıların orta sayı 40 minlə 48 min nəfər (əlbəttə, 1994-cü il çempionatı istisna edilməklə) arasında olmuşdur.
Mütəxəssislərin fikrincə, əgər budəfəki çempionatda meydan sahibləri – hazırda çox da güclü hesab edilməyən almanlar turnirdən tez çıxsalar, bu, tamaşaçıların sayına ciddi təsir göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]