Futbol üzrə İspaniya yığması rekorda imza atıb
Bakı, 4 sentyabr, AZƏRTAC
UEFA Millətlər Liqasının birinci turunda Almaniya ilə 1:1 hesabı ilə heç-heçə edən İspaniya yığması rekorda imza atıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, matçın 90+5-ci dəqiqəsində Xose Qayanın qolu ilə məğlubiyyətdən xilas olan ispanlar ardıcıl 41 oyundur ki, meydanı qolsuz tərk etmirlər. Bu, milli komandalar arasında rekord göstəricidir.
İspaniya millisi sonuncu dəfə “Avro-2016”nın səkkizdəbir final mərhələsində İtaliya ilə oyunda (0:2) qol vura bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]