Futzal üzrə Birinci Liqanın qalibləri mükafatlandırılıb
Bakı, 16 may, AZƏRTAC
Futzal üzrə Birinci Liqada mövsümə yekun vurulub və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”a bürünc, “Baku Fire”yə gümüş, “Hell Energy” komandasına isə qızıl medallar təqdim edilib.
Hikmət Bağırov (“Hell Energy”) ən yaxşı baş məşqçi, Fuad Cəfərov (“Hell Energy”) ən yaxşı oyunçu, Malik Rəhmanov (ADBTİA) ən yaxşı qapıçı seçilib.
Mövsüm ərzində 70 qol vurmuş Orxan Səfiyaroğlu (“Qarabağ”) birinciliyin bombardiri olub.
Komandalara mükafatları Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov təqdim edib.