Füzuli şəhərində uşaqların qar sevinci: Mirzə Uluqbəy adına məktəbdən görüntülər
Füzuli, 19 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad olunan Füzuli şəhərinə mövsümün ilk qarı yağıb. Sakinlər səhərə qış mənzərəsi ilə oyanıblar. Məktəblilər və uşaqlar qışın sevinc dolu anlarını yaşayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gün gecə saatlarından başlayan qarın hündürlüyü 15 santimetrə çatır. Səhər saatlarında məktəbə üz tutan uşaqlar qış mövsümünün yaratdığı ab-havadan zövq alaraq qar topu oynayıb və əyləncəli anlar yaşayıblar. Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdən olan fotolarda uşaqların sevinci öz əksini tapır.