FÜZULİ VƏ CƏBRAYIL RAYONLARININ İŞĞALI NƏTİCƏSİNDƏ AZƏRBAYCANA 9 MİLYARD DOLLAR ZİYAN DƏYMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 23-də Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğalının15-ci ildönümü ilə əlaqədar həmin rayonlardan olan məcburi köçkünlər Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Xatırladaq ki, 1993-cü il avqustun 15-dən genişmiqyaslı hərbi əməliyyatlara başlamış erməni işğalçı qüvvələri bir neçə gündə Cəbrayılın və Füzulinin kəndlərini işğal etmişlər. Avqustun 23-də isə rayon mərkəzləri ermənilərin nəzarətinə keçmişdir.
Bu rayonların işğalı nəticəsində Azərbaycana 9 milyard dollardan çox maddi ziyan dəymişdir.