CƏMİYYƏT
Füzulinin Aşağı Kürdmahmudlu kəndində aşkarlanan tank əleyhinə mina zərərsizləşdirilib VİDEO
Bakı, 3 may, AZƏRTAC
Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə TM-62M minası aşkarlanıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AZƏRTAC-a bildiriblər ki, daşınması mümkün olmadığına görə mina partlayış yolu ilə yerində zərərsizləşdirilib. Nəticə etibarilə rayonda 1270 kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə, Agentlik tərəfindən yanvarın 1-dən mayın 3-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Gəncə, Şirvan və Tərtər şəhərlərində 5618 ədəd partlamamış hərbi sursat, 113 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2634825 kvadratmetr ərazi yoxlanılıb.