Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulisiz keçən 27 il...

Füzulisiz keçən 27 il...

Horadiz, 23 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Avqustun 23-ü Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günüdür. 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin salıblar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Müharibə zamanı rayon sakinlərindən 657 nəfəri şəhid olub, 400 nəfər sağlamlığını itirib, 181 nəfər itkin düşüb. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulilərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

                                 İşğal altında qalmış Füzuli rayonunun meşələri məhv edilib

Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edən Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz çayına qovuşur.

27 ildir ki, işğal altında qalmış Füzuli rayonunun təbii sərvətləri ermənilər tərəfindən talan edilir. Füzuli rayonunda ümumi ehtiyatları 58858 min kubmetr olan və mişar daşı istehsalına yararlı, istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kubmetr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kubmetr olan Quruçay qum-çınqıl qarışığı yataqları var.

Özünəməxsus təbiəti olan Füzuli rayonunun İşıqlı kəndində diametri 250 santimetr, hündürlüyü 25 metr, yaşı 500 il və diametri 450 santimetr, hündürlüyü 25 metr, yaşı 900 il olan 2, Böyük Bəhmənli kəndinin İranla sərhəd ərazisində diametri 100 santimetr, hündürlüyü 20 metr, yaşı 200 il olan 1, Seyidəhmədli kəndinin “İbə piri” adlanan sahəsində diametri 520 santimetr, hündürlüyü 30 metr, yaşı 1400 il və diametri 250 santimetr, hündürlüyü 25 metr, yaşı 550 il olan 2, Mandılı kəndində diametri 180 santimetr, hündürlüyü 45 metr, yaşı 400 il 1 və diametri 150 santimetr, hündürlüyü 40 metr, yaşı 300 il olan 5 şərq çinarı ağacı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində 1960-1980-ci illərdə həyata keçirilmiş hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min kubmetr həcmində hesablanıb.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair geniş meşə massivləri ilə örtülü olan Dövlətkarlı kəndində ağacların bütünlüklə qırılması, Qoçəhmədli kənd yolu boyunca ağacların kütləvi şəkildə məhv edilməsi, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqların tamamilə qırılması, 2006-2009-cu illər ərzində rayonun 35 min hektardan artıq ərazisinin ermənilər tərəfindən yandırılması faktını aşkarlayıb.

                                                     Füzuli rayonunun əsir abidələri

Füzuli rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir. 27 ildir ki, rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni işğalı altındadır.

Rayon ərazisindəki memarlıq abidələrinin bəziləri Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunub. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il) rayonun işğaldan azad olunmuş hissəsində yerləşir. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı və Mir Əli türbəsi (XIII əsr), Qoçəhmədli kəndində XVIII əsr məscid və yaşayış binası, Horadizdə XIX əsr məscid və İmamzadə türbəsi, Füzuli şəhərində, Qacar, Böyük Pirəhmədli, Merdinli kəndlərində XIX əsrə aid məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri, “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası, həmçinin ondan çox kurqan tipli arxeoloji abidə isə 27 ildir erməni vandalizminin qurbanına çevrilib. İşğal altında qalan tarixi abidələr erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib.

Uğurlu Horadiz əməliyyatı zamanı rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilib

1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Azərbaycan ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub.

1996-cı ildən başlayaraq rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Ötən dövr ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”, - deyən Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Horadiz respublikamızın ən gözəl şəhərlərindən birinə çevrilib.

                     Dünya ictimaiyyəti Ermənistanın işğalçı siyasətinə biganə yanaşır

Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri - 1 şəhər, 61 kənd işğal altındadır. Rayon əhalisinin 70 min nəfəri işğaldan azad edilmiş ərazidə, 55 min nəfərdən çoxu isə məcburi köçkün kimi Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Beyləqan, İmişli, Sabirabad, Saatlı və başqa rayonlarda məskunlaşıb.

Təəssüf ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar hələ də Ermənistan Respublikası tərəfindən məhəl qoyulmadan yerinə yetirilmir.

                           Füzulililərin ən böyük istəyi doğma torpaqlarına qayıtmaqdır

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkənin hər yerində olduğu kimi, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində də geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, aqrar sahənin, sahibkarlığın inkişafında uğurlar qazanılıb. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər doğma rayonlarının inkişafı üçün var qüvvələrini səfərbər ediblər. Horadiz şəhərində, kənd və qəsəbələrdə həyata keçirilən tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma işləri, salınan park və xiyabanlar nəticəsində rayona gələn insanlar erməni işğalının qalıqları ilə qarşılaşmır, müasirliyin, gözəlliyin, təmizliyin və səliqə-sahmanın şahidi olurlar.

Bütün bunlarla yanaşı füzulililərin ən böyük arzusu işğal altında olan Füzuli şəhərinin və 61 kəndin azad edilməsi və doğma yurdlarına qayıtmaqdır. Doğma torpaqlarının işğal altında qalması ilə barışmayan füzulililər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəkləyirlər. Eyni zamanda, respublikamızın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO