G20 ölkələrinin maliyyə nazirləri tarif təhdidlərini müzakirə edəcəklər
Bakı, 17 iyul, AZƏRTAC
G20 ölkələrinin maliyyə nazirləri cümə axşamı günü Cənubi Afrikanın sahilyanı Durban şəhərində Prezident Donald Trampın tariflərin tətbiqi üzrə hədələri və qlobal çağırışların öhdəsindən gəlmək üçün birgə işləmək imkanları ilə bağlı məsələlər fonunda görüşəcəklər.
AZƏRTAC xəbər verir ki, “Həmrəylik, bərabərlik, möhkəmlik” mövzusu altında sədrlik edən ev sahibi Cənubi Afrika kapitalın yüksək qiyməti və iqlimin maliyyələşdirilməsi kimi mövzuları özündə birləşdirən Afrika gündəmini irəli sürmək məqsədi güdür.
“Reuters” agentliyi xəbər verir ki, G20 siyasətləri əlaqələndirmək məqsədi daşıyır, lakin onun razılaşmaları məcburi deyil.
ABŞ-ın maliyyə naziri Skott Bessent maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ikigünlük iclasında iştirak etməyəcək. O, artıq bu il Cənubi Afrikada keçirilən G20 tədbirinə ikinci dəfədir ki, qatılmır. Bessent Vaşinqtonun bu ilin sonunda G20-yə sədrlik edəcəyinə baxmayaraq, Çin, Yaponiya və Kanadadan bir neçə rəsminin də iştirak etmədiyi Keyptaundakı fevral iclasını da atladıb.
Görüşdə Vaşinqtonu dövlət katibinin beynəlxalq məsələlər üzrə müavini vəzifəsini icra edən Maykl Kaplan təmsil edəcək.
Trampın tarif siyasəti qlobal ticarət qaydalarını pozub. Avqustun 1-dən etibarən 20-dən çox ölkə üçün əlavə rüsumlar qüvvəyə minəcək: bütün idxal üzrə əsas rüsumlar 10 faiz, polad və alüminium üçün 50 faiz, avtomobillər və əczaçılıq məhsulları üçün 25 faiz tariflər tətbiq olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]