GƏLƏN İL PARLAMENTDƏ İDMANA DAİR YENİ QANUN MÜZAKİRƏ EDİLƏCƏK
Gələn il Milli Məclisdə idmana dair yeni qanun müzakirə ediləcək. Bunu gənclər və idman naziri Azad Rəhimov bildirmişdir.
Nazir demişdir ki, artıq xeyli vaxtdır ki, paralimpiya və uşaq idmanı haqqında qanunların qəbul olunması ilə bağlı müzakirələr aparılır. Biz belə qənaətə gəldik ki, Azərbaycanda həm paralimpiya, həm də uşaq idmanının əksini tapacağı idman haqqında yeni qanun qəbul olunsun.
Nazir qanun layihəsinin hazırlandıqdan sonra Milli Məclisə təqdim ediləcəyini söyləmişdir.
Gələn ilin planlarını şərh edən Azad Rəhimov olimpiya komplekslərinin inşasının davam edəcəyini söyləmişdir. “Bu il Ağdam, Salyan, Oğuz, Kürdəmir, Qusar, Biləsuvar, Sabirabadda olimpiya kompleksləri inşa olunmuşdur. 2009-cu ildə daha 6-7 belə kompleksi istifadəyə vermək niyyətindəyik”.
Nazir, 2009-cu ilin investisiya planında üzgüçülük, gimnastika komplekslərinin, Olimpiya muzeyinin, karate, cüdo mərkəzlərinin, Mingəçevirdə olimpiya liseyinin, Şirvanda və Göygöldə olimpiya komplekslərinin, Yardımlıda isə olimpiya zalının inşasının nəzərdə tutulduğunu söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]