SİYASƏT
Gələn il Qvineya-Bisau tələbələrinin Azərbaycanda təhsil alması proqramının icrasına başlanılacaq VİDEO
Bakı, 2 dekabr, AZƏRTAC
Gələn il Qvineya-Bisau tələbələrinin Azərbaycanda təhsil alması proqramının icrasına başlanılacaq. Biz siyahını mümkün qədər tez hazırlayacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereya dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.
Nümayəndə heyətinin yeddi nəfərinin keçmişdə Azərbaycanda təhsil aldığını deyən nazir qeyd edib: “Onların göstərdikləri fəaliyyət Bakı ilə təhsil sahəsində əməkdaşlığımızı daha da dərinləşdirməli olduğumuzu bir daha göstərir”.